İranda terrora görə 11 nəfər həbs edildi

İranda terrora görə 11 nəfər həbs edildi
DÜNYA
22:53 05.01.2024
293
İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) Kerman şəhərində törədilən terror aktı ilə bağlı məlumat yayıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, qurum kamikadzelərdən birinin Tacikistan vətəndaşı olduğunu bildirib. İkinci terrorçunun şəxsiyyəti araşdırılır.

Qeyd edilib ki, partlayışları törətməkdə şübhəli bilinən 11 nəfər həbs edilib. Digərlərinin şəxsiyyətlərinin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR