Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.Məlumata əsasən, özlərini Ditakadrz qrupu adlandıran hakerlər iddia edirlər ki, dağıdılmış saytların içərisində İsrail təhlükəsizlik qüvvələrinin təlim mərkəzinin və İsraildə plastik kartlar xidməti göstərən bir maliyyə müəssisəsinin saytları da var.Onlar, həmçinin iddia edirlər ki, 220 saytdan başqa İsraildə müxtəlif saytlara server xidməti göstərən saytı da dağıdıblar.Məlumatda dağıdılmış saytların adları göstərilməyib.