İraqda qum qasırğasına görə üç hava limanı bağlandı

İraqda qum qasırğasına görə üç hava limanı bağlandı
DÜNYA
19:59 16.05.2022
340
İraqda davam edən şiddətli qum qasırğası ilə əlaqədar üç beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, paytaxt Bağdadla yanaşı Nəcəf və Süleymaniyyə şəhərlərində aeroportlar bağlanıb.

Qeyd olunur ki, ölkə ərazisində indiyədək 2 min nəfər qasırğadan zərər çəkib. Bazar ertəsi İraqın yeddi əyalətində qeyri-iş günü elan edilib. Tədris müəssisələri bağlanıb.

İraq hökuməti qasırğa bölgəsində əhalini zərurət olmadan evi tərk etməməyə, açıq havada olarkən maska və respiratorlardan istifadə etməyi tövsiyə edib.
OXŞAR XƏBƏRLƏR