İraqın şimalında 3 terrorçu məhv edilib

İraqın şimalında 3 terrorçu məhv edilib
DÜNYA
13:05 06.03.2024
119
İraqın şimalında Pençe və Pençe-Kilid əməliyyatı bölgəsində 3 PKK terrorçusu zərərsizləşdirilib. 

AZXEBER.COM xəbər verir ki, Türkiyə ordusu tərəfindən İraqın şimalında Pençe və Pençe-Kilid əməliyyatı bölgəsində 3 PKK terrorçusu aşkarlanıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial media hesabında məlumat verilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

"Türkiyə Silahlı Qüvvələrimiz terroru məhv etmək üçün əməliyyatlarını effektiv və qətiyyətlə davam etdirir. İraqın şimalında Pençe və Pençe-Kilid bölgəsində 3 PKK terrorçusu zərərsizləşdirilib. Terrorçuların yuvalarını məhv etməyə davam edəcəyik!"

Ayşən
OXŞAR XƏBƏRLƏR