İŞİD Bəşər Əsədin tərəfdarlarını tələyə saldı - Azı 10 əsgəri həlak oldu

İŞİD Bəşər Əsədin tərəfdarlarını tələyə saldı - Azı 10 əsgəri həlak oldu
DÜNYA
15:09 19.04.2024
130
İŞİD Suriyada Bəşər Əsəd administrasiyasına bağlı hərbi maşına hücum edib və xeyli suriyalı əsgər həyatını itirib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 10 nəfər ölüb.
 
Məlumata görə, terrorçular gecə saatlarında Humusun şərq çölündə Suhne və Tayba kəndləri yolunda rejim qüvvələrini daşıyan avtomobilə pusqu qurublar.

Xatırladaq ki, bundan öncə İŞİD terrorçuları yanvar ayında Deyr əz-Zor və Homs əyalətlərində rejim qüvvələrinə hücum edərək onlarla suriyalı əsgəri məhv ediblər.

Suriyada nüfuzunu böyük ölçüdə itirən İŞİD Homs, Dera, Suveyda və Deyr əz-Zor əyalətlərinin bir hissəsini əhatə edən "Badiyə” kimi tanınan səhra bölgəsində varlığını qorumağa çalışır.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR