İspaniyada pis hava şəraitinə görə 50-yə yaxın reys ləğv edildi

İspaniyada pis hava şəraitinə görə 50-yə yaxın reys ləğv edildi
DÜNYA
21:53 04.11.2024
261
Əlverişsiz hava şəraitinə görə İspaniyanın "Barselona-El Prat” Beynəlxalq Hava Limanında 50-yə yaxın reys ləğv edilib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda İspaniyanın hava limanının operatoru Cozep Tarradellas "X” hesabında məlumat verib.

O, pis hava şəraitinin nəticələrinə nəzarət etmək üçün böhran komitəsinin yaradıldığını da açıqlayıb.

Məlumata görə, hazırda 17 təyyarə başqa hava limanlarına yönləndirilib.
OXŞAR XƏBƏRLƏR