İspaniyada qeyri-adi konsert baş tutub

MARAQLI
13:51 28.11.2011
1478
Ispaniyanın paytaxtı Madriddə qeyri-adi müsiqi tədbiri keçirilib. Madrid simfonik orkestri uşaqlar üçün nəzərdə tutulmuş oyuncaq musiqi alətlərlə konsert verib. Musiqiçilər plastmass musiqi alətləri ilə klassik musiqi əsərlərini ifa edib.  Uşaqlar üçün nəzərdə tutulmuş konsertdə ifaçılar əllərinə oyuncaq musiqi alətləri ilə yanaşı lazer qılınclar da götürüb. Lazer şüaları ilə səsləndirilən musiqi Avropada son vaxtlar məşhurlaşmağa başlayıb.

OXŞAR XƏBƏRLƏR