İsrail bu şəxslərə viza verilməsini dayandırdı

İsrail bu şəxslərə viza verilməsini dayandırdı
DÜNYA
12:34 29.02.2024
102
İsrail işğal olunmuş Fələstin ərazilərində fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların əməkdaşlarına viza verilməsini dayandırıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu hal, ərzaq və digər həyati vacib ləvazimatların Qəzzaya çatmasını çətinləşdirib. 

Təşkilat rəhbərləri də daxil olmaqla onlarla xarici yardım işçisinin İsrail və Fələstin ərazilərini tərk etmək məcburiyyətində qaldığı və ya işləməyə davam etmək üçün viza müddətini keçərək deportasiya riski ilə üzləşdikləri bir dövrə girdikləri bildirilib. 

Yardım təşkilatlarının nümayəndələri vəziyyətin aktuallığını və regionda davam edən humanitar fəaliyyətlərin vacibliyini vurğulayaraq, İsrail hökumətini mövcud viza siyasətlərinə yenidən baxmağa və beynəlxalq yardım işçilərinə lazımi şərait yaratmağa çağırıblar. 

Bu addımlar işğal olunmuş ərazilərə humanitar yardımın davamlılığı və səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Oksana Orucova
OXŞAR XƏBƏRLƏR