İsrail bütün Qəzzanı mühasirəyə alır - Fələstinlilərin qaçmağa yeri yoxdur

İsrail bütün Qəzzanı mühasirəyə alır - Fələstinlilərin qaçmağa yeri yoxdur
DÜNYA
14:47 02.02.2024
188
"Misir sərhədində yerləşən Rəfah şəhərində əməliyyatları davam etdirəcəyik".
    
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant deyib.
  
Qallant açıqlamasında əlavə edib:
 
"HƏMAS təşkilatının Xan Yunus Briqadası ləğv edilib, biz oradakı missiyanı tamamlayıb Rəfaha davam edəcəyik. Qüvvələrimizin HƏMAS hədəflərinə etdiyi böyük təzyiq bizi qaçırılan insanların geri qaytarılmasına daha da yaxınlaşdırır. Biz sona qədər davam edəcəyik, başqa yol yoxdur”.

Birləşmiş Millətlər Təşkilatının insan haqları ofisi isə Rəfah bölgəsində 1 milyon 300 min mülki vətəndaşın dar bir ərazidə çıxılmaz vəziyyətdə yaşadığına diqqət çəkərək, hücum halında nəticələrin fəlakətli olacağı xəbərdarlığını edib.

Birləşmiş Millətlər Təşkilatının Fələstində İnsan Haqları üzrə Ali Komissarı Ajith Sunghay deyib:
 
"Mən Rəfahdə İsrail hakimiyyəti tərəfindən evlərini tərk etmək əmri alan köçkünlərin ümidsiz, sığınacaqsız, sözün əsl mənasında küçələrdə yaşadığını gördüm. Tam nizam pozulur", - deyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR