İsrail İran əleyhinə sığınacaq hazırladı

İsrail İran əleyhinə sığınacaq hazırladı
DÜNYA
15:28 06.08.2024
135
İsrailin məxfi xidmət orqanı Şin Betin İranın mümkün cavab hücumuna qarşı Qüdsdəki yeraltı sığınacağını işə salıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, komanda və idarəetmə mərkəzlərinin yer aldığı sığınacaq baş nazir Benyamin Netanyahu və yüksək vəzifəli məmurları İran təhlükəsindən qorumaq üçün istifadə olunacaq.
 
Təxminən 20 il əvvəl tikilmiş sığınacaq tezliklə istifadəyə veriləcək.
  
2006-cı ildə İsrail-Livan müharibəsindən sonra qurulan sığınacağın dəqiq yeri və ya dərinliyi məlum deyil.

Məlumata görə, yüzlərlə insan tutumuna malik olan sığınacaq lazım gələrsə, mülki vətəndaşların müdafiəsi üçün də istifadə oluna bilər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR