İsrail: "İranın hücumları Yaxın Şərqdə yeni əməkdaşlıq imkanları yaradıb"

İsrail: "İranın hücumları Yaxın Şərqdə yeni əməkdaşlıq imkanları yaradıb"
DÜNYA
12:46 16.04.2024
122
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi İranın hava zərbələrindən sonra bölgənin gələcəyi ilə bağlı maraqlı açıqlamalar verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin Baş Qərargah rəisi Herzi Halevi İranın hücumlarını fürsət kimi qiymətləndirib.

Halevi bəyan edib ki, İsrail ordusu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), İngiltərə, Fransa və adlarını açıqlamadığı digər tərəfdaşlarla birlikdə işləyir.

İranın İsrailə qarşı hücumlarının qarşısının alındığını iddia edən Halevi ölkəsinin beynəlxalq tərəfdaşları ilə əməkdaşlığına diqqət çəkib.

Halevi ölkəsinə dəstək verən tərəfdaşlara təşəkkür edərək, "İranın hücumları Yaxın Şərqdə yeni əməkdaşlıq imkanları yaradıb" deyib. 

Ayşən
OXŞAR XƏBƏRLƏR