İsrail ölən əsgərlərinin sayını açıqladı

İsrail ölən əsgərlərinin sayını açıqladı
DÜNYA
22:36 30.12.2023
402
İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda daha iki əsgərinin həlak olduğunu açıqlayıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, öldürülən əsgərlərdən birinin mayor rütbəsinə malik olduğu bildirilib.

İsrail ordusundan verilən açıqlamada Qəzzada yeni itkilərlə bağlı məlumat verilib. 

Bildirilib ki, Qəzza zolağının mərkəzi hissəsində baş verən qarşıdurmalarda Qolani briqadasının 7086-cı mühəndis batalyonunda olan mayor Konstantin Suşko həlak olub. 

Açıqlamada dekabrın 22-də Qəzzanın cənubunda baş verən qarşıdurmalarda yaralanan 22 yaşlı Harel İttahın bu gün dünyasını dəyişdiyi qeyd edilib. 

Toqquşmalarda 5 əsgərin yaralandığı bildirilib. 

Müvafiq olaraq, Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana öldürülən İsrail əsgərlərinin sayı 504-ə yüksəlib ki, bunlardan 170-i quru işğalı prosesində olub.

Gülay
OXŞAR XƏBƏRLƏR