İsrail Müdafiə Qüvvələri Livanda xüsusi təyinatlıların da iştirak etdiyi kiçik quru missiyalarını əhatə edən kəşfiyyat əməliyyatlarına başlayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Sputnik-Arabia” məlumat yayıb.
Məlumata görə, İsrail ordusu tanklarla Livanın cənubuna doğru irəliləməyə başlayıb.
Bildirilir ki, zirehli texnikalar Livanın cənubundakı Rmeiş kəndi, Mercayun düzənliyi, Ebl əs-Səki, Hiyam və Kefr Kila bölgələrinə artilleriya atəşi ilə hücum edib.
O da qeyd olunub ki, Livan ordusu İsrail sərhədinə yaxın mövqelərini tərk edərək sərhəddən bir neçə kilometr geri çəkilib.