İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 180-ə yaxın hədəfinə zərbələr endirib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hücum zamanı atış qurğuları üçün minlərlə konteyner məhv edilib.
Qeyd olunur ki, hücuma məruz qalan raket buraxılış qurğuları doldurularaq İsrail ərazisini atəşə tutmağa hazırlanıb.
Bununla yanaşı, İsrail artilleriyası Livanın cənubunda bir sıra əraziləri atəşə tutub.