İsrail polisi Qüdsdə nəzarət-buraxılış məntəqəsinə avtomobillə hücuma cavab verərkən 3 yaşlı fələstinli qızı güllələyib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail hadisənin təsadüfi olduğunu iddia edib.
İsrail polisi Qüds valiliyinin Biddu qəsəbəsində bir avtomobilin nəzarət-buraxılış məntəqəsinə çırpıldığını və avtomobildə olan biri qadın olmaqla 2 nəfərin zərərsizləşdirildiyini bildirib.
Polis avtomobillə edilən hücumda bir İsrail polisinin yüngül yaralandığını bildirib.
Həkim qrupları atəş nəticəsində fələstinli qızın ağır yaralandığını və qısa müddət sonra hadisə yerində həyatını itirdiyini açıqlayıb.
Mikayıl