İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində məcburi köçkün fələstinlilərin çadırlarını növbəti dəfə vurub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində azı 40 nəfər ölüb, 60 nəfər yaralanıb. B
Bildirilib ki, ölən və yaralananlarla yanaşı, onlarla insan qumun altında basdırılaraq yoxa çıxıb.
Parça və neylondan hazırlanmış çadırların dağları və böyük binaları bombalamaq üçün istifadə edilən ABŞ istehsalı olan iri raketlərlə vurulduğu bildirilib.
İsrail ordusu bu hücumda əsas hədəfin HƏMAS olduğunu deyib.
HƏMAS-ın verdiyi açıqlamada hədəf alınan ərazidə müqavimət döyüşçülərinin olduğu iddialarının yalan olduğu bildirilib.
Mikayıl