İsrail təcili yardım maşınına hücum etdi: Ölən və yaralanan var

İsrail təcili yardım maşınına hücum etdi: Ölən və yaralanan var
DÜNYA
10:19 22.12.2023
147
İsrail ordusu təcili yardım maşınına hücum edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin rəsmi agentliyi WAFA məlumat yayıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağının şimalında yerləşən Cibaliyadakı fövqəladə hallar xidməti ilə əlaqənin kəsildiyini açıqlayıb.
    
Verilən yazılı açıqlamada, İsrail qüvvələrinin təcili yardım otağına basqın etdiyi, ekipajı və tibb işçilərini saxlayıb naməlum bir yerə apardığı, qadınların isə hələ də tək qaldıqları bildirilib. 

Yerli mənbələr İsrail ordusunun təcili yardım otağını bombaladığını, təcili yardım maşınlarını yandırdığını və içəridəkiləri saxladığını da bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR