İsraildə sinaqoqun tribunası uçub, ölən və xəsarət alanlar var - VİDEO

İsraildə sinaqoqun tribunası uçub, ölən və xəsarət alanlar var - VİDEO
DÜNYA
22:00 16.05.2021
1045
İsraildə Qüds yaxınlığındakı Qivat-Zeeve şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın uçması nəticəsində azı 1 nəfər həlak olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə KAN telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan 10-u ağır vəziyyətdədir.

Hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Bildirilir ki, mərasim zamanı sinaqoqda 600-dən çox insan olub.

OXŞAR XƏBƏRLƏR