İsrailin daha bir addımı ABŞ-ni qəzəbləndiib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail mətbuatı müdafiə naziri Yoav Qallantın ABŞ-yə səfərinin ləğvini Netanyahunun göstərişi ilə əlaqələndirib.
ABŞ mətbuatının irəli sürdüyü məlumata görə, hücumdan dərhal sonra ABŞ müdafiə naziri Loyd Oustin israilli həmkarı Yoav Qallant ilə telefon danışığında göstərişlər verib və İsrailə tək qalmağa hazır olub-olmadıqlarını soruşub.
İsrailin baş naziri Netanyahu İrana qarşı cavab əməliyyatına görə Qallantın ABŞ-yə səfərini əngəlləyib. Bildirilib ki, Netanyahu müdafiə naziri Qallantın Baydenlə telefonla danışmadan Vaşinqton səfərinə getməsini istəməyib.
İsrail rəsmisinin sözlərinə görə, Netanyahu Qallanta bildirib ki, o, iki şərt yerinə yetirilərsə, Vaşinqtona planlaşdırılan səfərə gedə bilər: Bayden və Netanyahu arasında baş nazirin günlərlə gözlədiyi görüş və İsrail təhlükəsizlik kabineti hərbçiləri təsdiqləyəcək.
Məlumata görə, Netanyahu uzun müddətdir Baydenələ əlaqə saxlamağa çalışsa da, buna nail ola bilmir.
ABŞ isə İsraildən İrana cavab olaraq regionda sabitliyi pozacaq hər hansı addımdan qaçmasını istəyir. Bununla belə, indiyə qədər hərbi planlarını ABŞ-dən gizli saxlayan İsrailin bundan sonra nə edəcəyi müəmmalı olaraq qalır.
Mikayıl