İsrailin Finlandiyadakı səfirliyi vandalizmə məruz qalıb - diplomatik missiyanın qapılarına qırmızı boya atılıb.
Bu barədə "Helsingin Sanomat” qəzeti məlumat yayıb.
Helsinki polisi səfirliyə qarşı vandalizm aktının həyata keçirildiyini təsdiqləyib. Qeyd edilib ki, hadisənin fevralın 28-də, səhər saatlarında baş verdiyi güman olunur.