İsrailin Rəfah şəhərini bombardman etməsi nəticəsində 5 nəfər həyatını itirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail döyüş təyyarələrinin Küveyt xəstəxanasını hədəf alan hücumunda 3 ev tamamilə dağılıb. Hadisə nəticəsində yaralanan 11 nəfər xəstəxanaya gətirilib.
İsrail ordusunun mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması barədə xəbərdarlıq edib.
Bunun ardınca mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, son 2 həftədə 810 mindən çox fələstinli İsrail ordusunun hədəfi olan Qəzza zolağının cənubunda yerləşən Rəfahı tərk etmək məcburiyyətində qalıb.
Gülay