İsrailin Rəfah şəhərinə hücumlarında 5 fələstinli həlak olub

İsrailin Rəfah şəhərinə hücumlarında 5 fələstinli həlak olub
DÜNYA
14:06 21.05.2024
135
İsrailin Rəfah şəhərini bombardman etməsi nəticəsində 5 nəfər həyatını itirib. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail döyüş təyyarələrinin Küveyt xəstəxanasını hədəf alan hücumunda 3 ev tamamilə dağılıb. Hadisə nəticəsində yaralanan 11 nəfər xəstəxanaya gətirilib.

İsrail ordusunun mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması barədə xəbərdarlıq edib.

Bunun ardınca mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, son 2 həftədə 810 mindən çox fələstinli İsrail ordusunun hədəfi olan Qəzza zolağının cənubunda yerləşən Rəfahı tərk etmək məcburiyyətində qalıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR