İsrailin maliyyə naziri Bezalel Smotriç 2 milyon mülki insana humanitar yardımın çatdırılmasının qarşısının alınmasının əsaslı olduğunu deyib.
AZXEBER.COM "The Times of Israel”ə istinadən xəbər verir ki, Smotriç İsrailin şiddətli hücumları və humanitar yardımı əngəlləmək səbəbiylə aylardır aclıq və qıtlıqdan əziyyət çəkən bütün qəzzalıların ölümünün qanuni olduğunu bildirib.
"Mövcud qlobal reallıqda müharibəni idarə edə bilmərik. Girovlarımız geri dönməyənə qədər heç kim 2 milyon dinc sakini öldürməyəcək, hətta bu, haqlı və əxlaqi olsa da". - deyə o əlavə edib.
Nazir Smotriç beynəlxalq ictimaiyyətin bölgəyə humanitar yardımın çatdırılmasının qarşısını almağa imkan verməyəcəyini bildirib və İsrailin Qəzzaya hücumlarını davam etdirmək üçün beynəlxalq legitimliyə ehtiyacı olduğunu bildirib.
Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən azı 16 min 314-ü uşaq, 10 min 980-i qadın olmaqla 39 min 583 fələstinli həyatını itirib, 91 min 398 nəfər isə yaralanıb.
Mikayıl