“İstəmirəm onu Aygün Kazımovanın qızı kimi qarşılasınlar” - Xalq artisti qızından danışdı

MAQAZİN
11:53 04.10.2014
3035

Xalq artisti Aygün Kazımova qızı İlqarədən danışıb.Müğənni “Star life” verilişinə açıqlamasında qızının gündəmdə az olmasının səbəbini söyləyib:

“İlqarə öz çıxışına hazırlaşır. Nəhayət, o böyüdü. Qızımın istedadı çoxşaxəlidir. Əgər istəsəm, İlqarə hər gün efirlərdə görünər. Amma o, təvazökardır. İlqarənin başqa cür gündəmdə olmasını istəyirəm. Onu Aygün Kazımovanın qızı kimi qarşılayıb, alqışlamasınlar. Özü olaraq tanınsın. Təsir altına düşməsin. Çünki bu, İlqarənin psixologiyasına təsir edə bilər. Dünya ulduzlarının övladları da həmişə müsahibələrində analarının məşhurluğunun onların psixologiyasına təsir göstərdiyini deyirlər”.

İdmana marağından danışan A.Kazımova yoqa ilə məşğul olur:

“Müğənni olmazdan əvvəl mən idmançı idim. İndi üzgüçülük, qaçış və yoqa ilə məşğulam. İnsanın əsəblərini sakitləşdirir, rahatladır. Sinirləri idarə etməyə kömək olur. Hələ bundan sonra da yoqanın xeyirlərindən bəhrələnəcəm”.

Xalq artisti solo konsertə hazırlaşdığını da bildirib.//axsam.az

OXŞAR XƏBƏRLƏR