İsveçrədəki Krans-Montana xizək kurortunda baş verən yanğında həyatını itirən 40 nəfərin şəxsiyyətinin müəyyən edildiyi bildirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Valais Kanton polisi və prokurorluğun yazılı açıqlamasında bildirilib ki, 1 yanvarda baş verən yanğında ölən 40 nəfərin şəxsiyyəti müəyyən edilib.
Bəyanatda daha 16 qurbanın şəxsiyyəti də yer alıb və qeyd olunub ki, onlardan 6-sı Fransa, 3-ü İsveçrə, 3-ü İtaliya, 1-i Portuqaliya, 1-i Belçika, 1-i İsveçrə-Fransa ikili vətəndaşlığı olan, 1-i isə Fransa, İsrail və Britaniya vətəndaşlığına malikdir.
Dünən verdiyi açıqlamada Valais Polisi daha 16 qurbanın şəxsiyyətinin müəyyən edildiyini açıqlayıb. Onlardan 10-u İsveçrə, 2-si İtaliya, 4-ü isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Fransa, Rumıniya və Türkiyə vətəndaşı olub.
Yanğında həyatını itirən 8 İsveçrə vətəndaşının şəxsiyyəti də əvvəlki gün açıqlanıb.
Gülay









































