İt ovda sahibini güllələdi

MARAQLI
16:41 03.12.2011
1670
ABŞ-ın Yuta ştatında bir it öz sahibini güllə ilə vuraraq yaralayıb. ANS PRESS-in ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, 46 yaşlı şəxs çayın kənarında balıq toru quraşdırırmış. 

Öz sahibi tərəfindən qayıqda tək qoyulan erdelterer cinsli it isə sahibinin tüfənginin tətiyinin üzərinə çıxaraq atəş açılmasına səbəb olub. Atəş nəticəsində itin sahibi sarğı əzələsindən yara alıb. Tüfəng qırma ilə doldurulduğundan itin sahibi yüngül yara alıb. 

OXŞAR XƏBƏRLƏR