İtaliya mətbuatı: AFFA Canni De Byazi ilə vidalaşır

İtaliya mətbuatı: AFFA Canni De Byazi ilə vidalaşır
İDMAN
18:23 16.11.2021
285
AFFA Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollarını ayıracaq.

Bu barədə İtaliyanın "TuttoMercato" nəşri xəbər yayıb.

Bildirilib ki, uğursuz nəticələr səbəbindən 65 yaşlı mütəxəssisin noyabrın 30-da başa çatacaq müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, Canni De Byazi Azərbaycan millisinə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunub. Milli komanda onun rəhbərliyi altında keçirdiyi 20 oyunda 2 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 12 dəfə məğlub olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR