İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub

İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub
MƏDƏNİYYƏT
23:26 23.06.2017
3566
İyunun 22-də Romanın "Villa Borghese” parkındakı tarixi "Casa del Cinema” kino evinin açıq səma altındakı kinoteatrında İtaliyada ilk dəfə Azərbaycan film festivalının rəsmi açılışı olub.

Azərbaycanın İtaliyadakı səfirliyindən AZXEBER.COM verilən məlumata görə, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), "Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, "AGI” informasiya agentliyinin, "Azerbaijannews” xəbər portalının təşkilati və informasiya dəstəyi ilə təşkil olunan festivalın açılışında İtaliya hökumətinin və Roma şəhər meriyasının rəhbər şəxsləri, parlamentarilər, ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, İtaliya mədəniyyətinin və kino aləminin tanınmış simaları, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin (KIV) nümayəndələri, habelə kinosevərlər iştirak ediblər.
 

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkəmizin zəngin mədəni irsi, kino ənənələri, Azərbaycan-İtaliya əməkdaşlığında mədəniyyət sektorunun önəmindən danışıb, bu xüsusda Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb. Diplomat İtaliyada ilk dəfə keçirilən Azərbaycan Film Festivalının ölkəmizin tarixi, mədəniyyəti və reallıqları ilə İtaliya ictimaiyyətinin məlumatlandırılmasına və iki ölkənin xalqları arasında əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
 

Sonra çıxış edən Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sektorunda mövcud olan yaxın əlaqələrdən danışıb. O, bu əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun önəmli rolunu vurğuIayıb. Azərbaycanın kino mədəniyyətinin tarixi barədə də məlumat verən Milli Məclisin deputatı İtaliyada ilk dəfə keçirilən Azərbaycan Kino Festivalının əhəmiyyətini yüksək dəyərləndirib.


Gürcüstanın İtaliyadakı səfiri Karlo Sikharulidze Gürcüstan ilə Azərbaycanın yaxın qonşu və strateji tərəfdaşlığını, xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcudluğunu, "Əli və Nino” romanının qəhrəmanları olan iki gənc arasındakı məhəbbətin bunun ən bariz nümunəsi olduğunu deyib. Azərbaycan Kino Festivalının məhz "Əli və Nino” filminin nümayişi ilə başlamasından məmnun olduğunu söyləyən səfir festivala uğurlar arzulayıb. Məşhur italyan rejissoru və ssenaristi, Oskar və Bafta mükafatları laureatı Cianni Kuaranta ölkəmizin zəngin tarixi-mədəni irsi, ənənələri, inkişafı, Bakının gözəllikləri barədə məlumat verib. Azərbaycan və İtaliya arasında əlaqələrin dərinləşməsinə kino sektorunun verə biləcəyi töhfələrdən bəhs edən C.Kuaranta Azərbaycan Kino Festivalına uğurlar arzulayıb, bu tədbirin gələcəkdə kino sahəsində iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi üçün də imkanlar açacağına ümidvar olduğunu bildirib. "Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” adlı kitabın müəllifi italyan professor Romolo Erkolino "Əli və Nino” romanının müəllifi Əsəd bəyin həyatından bəhs edib.
 
 
Sonra festivala həsr edilmiş videoçarx təqdim edilərək festival açıq elan olunub. "Əli və Nino” filminin nümayiş ilə festivala start verilib. İyunun 24-nə qədər davam edəcək festivalda əlavə olaraq altı bədii ("Hökmdarın taleyi”, "Nabat”, "İçəri şəhər”, "Pərdə”, "Yarımçıq xatirələr”, "Həddən artıq uyğunluq”) və 2 sənədli ("Bir günəş altında”, "Əbədi ezamiyyət”) filmlərimiz italyan dilində alt yazılarla nümayiş olunacaq.
 

apa.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ