“İTV-də kadr islahatları aparılacaq" - Yeni baş direktor

“İTV-də kadr islahatları aparılacaq" - Yeni baş direktor
TOP4
13:05 01.06.2018
5372
"Müasir Azərbaycana müasir televiziya lazımdır. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu İTV-nin yeni seçilmiş baş direktoru Balakişi Qasımov deyib.
 
Onun sözlərinə görə, telekanalda kadr islahatları gözlənilir: "Lakin çalışmaq istəyən, çalışmağı bacaran insanlar narahat olmasınlar".
 
B. Qasımov qeyd edib ki, bütün planları həyata keçirmək üçün müəyyən vaxt lazım olacaq: "Ancaq qısa müddətdə tamaşaçıları dəyişiklikləri hiss edəcəklər".
OXŞAR XƏBƏRLƏR