Naxçıvanın bəzi ərazilərində 10 iyul saat 00:00-dan etibarən içməli suyun verilişində gün ərzində müvəqqəti fasilə yaranacaq.
AZXEBER.COM xəbər verir ki, buna səbəb diametri 355 mm olan magistral su xəttində baş verən qəzanın aradan qaldırılmasıdır.
Fasilə Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan yaşayış massivləri, həmçinin 6, 54, 56, 58, 60 və 61-ci məhəllələr, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edəcək.
Qəza-bərpa işləri başa çatdırıldıqdan sonra ərazilərin su təchizatı əvvəlki rejimdə bərpa olunacaq.