Türkiyəyə sanksiyaları ləğv edəcəyik - Tramp

Türkiyəyə sanksiyaları ləğv edəcəyik - Tramp
DÜNYA
02:19 08.07.2026
159
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı tətbiq olunan KATSA sanksiyalarının ləğv ediləcəyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Tramp bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
O bildirib ki, Türkiyəyə F-35 qırıcılarının satışı məsələsi də nəzərdən keçiriləcək.

Ərdoğan isə F-35 mövzusunun Türkiyə üçün yeni olmadığını vurğulayaraq, Trampın bu məsələ ilə bağlı verdiyi sözə sadiq qalacağına inandığını bildirib. O, həmçinin KAAN döyüş təyyarəsi və mühərrikləri ilə bağlı məsələlərin də yenidən müzakirə olunacağını deyib.

Qeyd edək ki, ABŞ 2020-ci ildə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasına görə Ankaraya qarşı KATSA sanksiyaları tətbiq etmiş və ölkəni F-35 proqramından çıxarmışdı.
OXŞAR XƏBƏRLƏR