Müğənni Cavanşir Məmmədov bu dəfə maşınları ilə yox, açıqlaması ilə gündəmə gəldi.
O, mətbuata deyib ki, hər müsahibə üçün 100 manat istəyəcək. L
Lakin Showlife.az-la söhbətində Cavanşir Məmmədov öz açıqlamasını təkzib etdi.
Əməkdaşımızın “toylara gedən siz, qonorar ödəyən biz olmayıq?” sualına cavanşır bəy belə cavab verib: “Mən bir zarafatdır etmişəm, məgər biz zarafat edə bilmərik?!”
Sənətçi jurnalistlərin puluna ehtiyacı olmadığını da əlavə edib.