Bakı Ağır Cinayətlər Məhkəməsində Nəbi Cəfərovun cinayət məhkəməsi başlayıb.
AZXEBER.COM-un məlumatına görə, Nəbi Cəfərov musiqi sifarişi üstə Şaiq Rəhimovu öldürməkdə ittiham olunur.İttihama görə, fevralın 13-də, saat 16 radələrində Şaiq Rəhimov ad gününü qeyd etmək üçün qardaşı Şahin Rəhimov və dostları ilə “Dərya-Dəniz” kafesində yeyib-içiblər.Yeməkxanada Şaiq Rəhimovun qohumu Nizami Əliyev musiqiçi Ramiz Məmmədova rəqs havası ifa etməyi sifariş edib. Lakin musiqiçi bundan imtina etdiyindən Şaiq Rəhimov ona yaxınlaşaraq sillə vurub. Həmin vaxt yeməkxanada mühafizəçi işləyən Elmir Qarayev Şaiq Rəhimova yaxınlaşaraq onu həyətə çıxarıb və aralarında mübahisə baş verib.Nəticədə Elmir Qarayevin tanışı Nəbi Cəfərov Şaiq Rəhimova irad bildirərək üzərində gəzdirdiyi bıçaqla onu vurub.