Kaliforniyada meşə yanğınları 100 min hektar ərazini külə çevirdi

DÜNYA
13:07 12.09.2024
116
ABŞ-nin Kaliforniya ştatında sürətlə yayılan meşə yanğınları 100 min hektardan çox ərazini külə çevirib. 

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (CAL FIRE) məlumat yayıb.
 
Məlumatda qeyd olunub ki, sentyabrın 8-də Los-Anceles şəhərinin şərqindəki Anceles Milli Meşəsində başlayan yanğını qısa müddətdə Los-Anceles və San Bernardino bölgəsinə yayılıb.

Yanğında 5-i yanğınsöndürmə əməkdaşı olmala 7 nəfər xəsarət alıb, 10 mindən çox ev zərər görüb.

Hadisə yerinə 51 yanğınsöndürmə helikopteri, 9 təyyarə, 520 yanğınsöndürmə maşını cəlb edilsə də indiyədək yanğının yalnız 14 faizi nəzarət altına bilinib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR