ABŞ-ın vitse-prezidenti Kamala Harris onlayn seçkilərdə iştirak edən Demokrat Partiyasının nümayəndələrindən lazımi sayda səs toplayıb.
AZXEBER.COM axar.az-a istinadən bildirir ki, bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison yazılı açıqlamasında bildirib.
"Mən fəxrlə təsdiq edirəm ki, vitse-prezident Harris bütün qurultay nümayəndələrinin əksəriyyətinin səsini qazanıb və bazar ertəsi səsvermə başa çatdıqda demokratların rəsmi namizədi olacaq", - o bildirib.