Kamerton yarışmasının qalibi bəlli oldu - FOTOLAR

MAQAZİN
01:40 20.12.2012
2993

ANS telekanalında yayımlanan Kamerton yarışması başa çatdı. AZXEBER.COM-un məlumatına görə, final günündə iki klassik gitara ifaçısı Məhərrəm Həsənzadə və Araz Qululu çıxış etdilər. Digər mərhələlərdə rəqiblərinə heç bir şans verməyən Məhərrəm, finalda da qalib gələrək yarışmanın qalibi oldu. Sonda ən yaxşı ifaçı adını qazanan Məhərrəm Həsənzadəyə 1000 azn pul mükafatı hədiyyə edildi. Qeyd edək ki, 2 ay davam edən yarışmaya müxtəlif alətlərdə ifa etməyi bacaran istedadlı insanlar qatılmışdı. Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR