Kanada Tel-Əviv-də yerləşən səfirliyindəki diplomatların ailələrini İordaniyaya təxliyə edəcək.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatında xəbər yayımlanıb.
Qeyd olunub ki, təxliyyə qərarı regionda təhlükəsizliyin pisləşməsi və İrandan mümkün cavab tədbirləri ilə əlaqədar qəbul edilib.
Xatırladaq ki, mövcud proseslər HƏMAS-ın Siyasi Bürosunun lideri İsmayıl Haniyənin Tehranda qətl olunmasından sonra daha da gərginləşib.