Köçkünlərin kommunal borcları silinə bilər

Köçkünlərin kommunal borcları silinə bilər
SOSİAL
14:03 30.01.2017
1974

Xəbər verdildiyi kimi, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Belə ki, bundan sonra məcburi köçkün ailələri kommunal xidmət üçün vəsaitləri özləri ödəyəcəklər. Buna qədər isə məcburi köçkün ailələri üçün nəzərdə tutulan kommunal ödənişlər aidiyyatı qurumlara həyata keçirilirdi. Güzəştli kommunal xidmətdən qənaətlə istifadə edən bəzi ailələr var idi ki, onların hesabında hələ də kifayət qədər vəsait qalıb. Bunun əksinə olaraq, kommunal borcları ödənilməyən köçkün ailələr də mövcuddur.

Köçkünlərin kommunal borcları və istifadə olunmayan vəsaitlərin aqibəti necə olacaq?

Xocalıdan seçilən deputat Elman Məmmədov  bildirib ki, bu günlərdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə keçirilən iclasda bu məsələlər müzakirə olunub.

Deputatın sözlərinə görə, elə məcburi köçkün ailəsi var ki, kommunal xidmətlərdən qənaətlə istifadə etdiyi üçün hesabına xeyli miqdarda vəsait yığılıb. Onun sözlərinə görə, bunu əksinə olaraq elə məcburi köçkün ailələri də var ki, onların kommunal xidmətərə görə xeyli miqdarda borcu yaranıb: "Biz həmin iclasda məcburi köçkün ailələrinin xeyrinə həll olunacaq təkliflər irəli sürdük. Belə ki, hansı məcburi köçkün ailəsinin hesabında vəsait yığılıb qalıbsa, sayğacların quraşdırılması zamanı həmin vəsait onların kart hesabına köçürülsün. Borcu yaranan məcburi köçkün ailələrinin borcu isə silinsin. Bunu ciddi şəkildə müzakirə etdik və təklifimizin qəbul olunmasını xahiş etdik.

Əli Həsənov bildirdi ki, təkliflərlə bağlı aidiyyatı qurumlar və hökumət qarşısında məsələ qaldıracaq. Çalışılacaq ki, bu məsələlər məcburi köçkünlərin xeyrinə həll olunsun. Hökumətin bu məsələ ilə bağlı qərarı olacaq”.(azvision.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
14:25 21.08.2025
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA