Keçmiş məhbusdan silah-sursat tapıldı

KRİMİNAL
13:37 08.01.2014
3526

Sumqayıt sakinindən “Naqan” tipli tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb

Sumqayıt şəhər sakinindən silah-sursat götürülüb.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 7-də Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Pənahlıyevdən 1 ədəd nömrəsi silinmiş “Naqan” tipli tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR