Keçmiş sevgilisi azərbaycanlı seksual modeldən belə intiqam aldı - FOTOLAR

MAQAZİN
15:38 28.11.2012
8185

Tanınmış azərbaycanlı model Əminə Abdul keçmiş sevgilisi tərəfindən hədələnir.

O özü bu haqda AZXEBER.COM-a məlumat verib. Modelin dediyinə görə, keçmiş sevgilisi sosial şəbəkələrdə onun adına profil açıb və onun telefon nömrəsini yazıb: “Dünəndən “odnoklasniki”də mənim adıma profil açıblar və orada nömrəmi yazıblar. Sonra keçmiş sevgilim mənə yazdı ki, o profili mən açmışam. Belə addım heç bir kişiyə yaraşan hərəkət deyil. İnsan gərək nə qədər mənəviyyatsız olsun ki, belə addım atsın.

Model həmçinin qeyd edib ki, məsələylə bağlı polisə şikayət edəcək: “Mən bununla bağlı yaxın günlərdə polisə şikayət edəcəm. Onun nömrəmi ora qoymasından sonra telefonuma ard-arası kəsilməyən zənglər gəlir. Bezmişəm artıq” Qeyd edək ki, sosial şəbəkədə modelin adından yazılıb: “Salam, tanış olmaq istəyirəm. Azərbaycanda yeniyəm. Dostum yoxdur, tanış olmaq istəyirəm. Zəng vurun, tanış olaq” Əminə Abdul Azərbaycanda ilk nude çəkilən modellərdən sayılır. Modelin fotolarını təqdim edirik. 

OXŞAR XƏBƏRLƏR