Kəmaləddin Heydərovun ifası trend oldu – Azərbaycanda hansı məmurlar musiqi ifa edir?

Kəmaləddin Heydərovun ifası trend oldu – Azərbaycanda hansı məmurlar musiqi ifa edir?
SOSİAL
14:41 02.02.2026
593
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov toyların birində "Alagöz" mahnısını ifa edib. Sözügedən ifa sosial şəbəkələrdə böyük marağa səbəb olub və müzakirə edilib. 

Bundan öncə də Kəmaləddin Heydərovun bir sıra mahnılara sözlər yazdığı bilinirdi. "Xalq Heydər söyləyəcək” mahnsı ilə böyük məşhurluq qazanan nazirin sonuncu təqdim etdiyi musiqi Sözləri Baba Vəziroğluna aid olan "Ad günü” mahnısı olub. Sözügedən mahnını müğənni Orxan Babazadə da ifa etmişdi. 

Bundan başqa məşhur müğənnilər Alim Qasımov, Nəsibə Abdullayeva, İlhamə Quliyeva, Aygün Kazımova, İlqar Muradov, Aygün Bəylər, Röya Ayxan və digərləri də Kəmaləddin Heydərovun mahnılarını ifa ediblər. O daha çox "Kamal” təxəllüsü ilə bəstələr yazır. 

Bəs, Kəmaləddin Heydərovdan başqa hansı məmurların musiqi hobbisi peşəkar səviyyədədir?

AZXEBER.COM bu mövzu ilə bağlı kiçik araşdırma aparıb. 

General-polkovnik Mədət Quliyev də musiqiyə xüsusi marağı ilə seçilən məmurlardandır. Azərbaycanın Milli Qəhrəmanı məharətli gitara ifası ilə qəlblərə yol tapıb.


Məclislərdən birində o gitarada məharətlə ifa edib və rus dilində mahnı oxuyub. Onun bu ifası ictimaiyyətin böyük marağına səbəb olub və rəğbətlə qarşılanıb. Xatırladaq ki, Mədət Quliyev incəsənət və idmanla da məşğul olur.

Cavid Qurbanov da bir çox mahnıların söz müəllifidir. Dədə Şəmşir ocağının davamçısı C.Qurbanov "Dünya qəmli nağıl imiş” adlı kitabın müəllifidir.

Onun sözlərinə yazılmış musiqiləri tanınmış ifaçılardan Röya Ayxan, Gülyanaq Məmmədova və digərləri ifa edib.O, eyni zamanda aşıq sənətinə xüsusi maraq göstərir və bu sənətin inkişafına öz dəstəyini verir.



Milli Məclisin deputatı Polad Bülbüloğlu Azərbaycanın, Türkmənistanın xalq, Dağıstanın isə əməkdar artistidir. Musiqiçi ailəsində dünyaya göz açan Polad Bülbüloğlu özünəməxsus ifa tərzi ilə milyonların sevgisini qazanıb.
 

Özünə soyad kimi atasının – opera müğənnisi Bülbülün adını götürən P.Bülbüloğlu onlarla filmdə rol alıb, yüzlərlə ifası ilə məşhurluq qazanıb. Uzun müddət Mədəniyyət naziri işləyən deputat kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.



Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Novruz Aslan da bir çox məşhur mahnıların bəstəkarıdır. O bəstəkar kimi bir çox mahnıların, o cümlədən "Aldatdı məni" kimi mahnıların sözlərinin müəllifidir.
 
Altay
OXŞAR XƏBƏRLƏR