Hindistanda yayılan “Nipah” virusu ilə bağlı təhlükə: Yenə qapanma olacaq?

Hindistanda yayılan “Nipah” virusu ilə bağlı təhlükə: Yenə qapanma olacaq?
SOSİAL
13:19 02.02.2026
930
Hindistanda yayılmağa başlayan ölümcül "Nipah” virusu insanlarda bəzən heç bir əlamət vermədən də keçə bilər. 

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, bu virus bəzi hallarda yüngül formada özünü göstərsə də, digər hallarda ağır tənəffüs yolu infeksiyası və beyin iltihabı (ensefalit) yaradaraq ölümlə nəticələnə bilər. Mütəxəssislər bildirir ki, virus heyvanlardan insanlara, eləcə də çirklənmiş qida və birbaşa təmas yolu ilə sürətlə yayıla bilir. 
 


Tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında deyib ki, Hindistanda yayılan bu virus ilk dəfə Malay yarımadasında aşkarlanıb:

"Hindistanda yayılan bu virus ilk dəfə Malay yarımadasında aşkarlanıb. Onun əsas təbii rezervuarının meyvə ilə qidalanan yarasalar olduğu müəyyən edilib.
Hindistanda yayılmağa başlayan ölümcül "Nipah” virusu bəzi insanlarda heç bir əlamət vermədən də keçə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus bəzi hallarda yüngül formada müşahidə olunsa da, digər hallarda ağır tənəffüs yolu infeksiyası və beyin iltihabı – ensefalit yaradaraq ölümlə nəticələnə bilər. Mütəxəssislər bildirirlər ki, infeksiya heyvanlardan insanlara, çirklənmiş qida vasitəsilə və birbaşa təmas yolu ilə yayıla bilir.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında bildirib ki, Nipah virusu ilk dəfə Malay yarımadasında qeydə alınıb:

"Bu virusun əsas təbii rezervuarı meyvə ilə qidalanan yarasalardır. Onların ifrazatlarının meyvələrin üzərinə düşməsi, daha sonra həmin meyvələri yeyən heyvanlara, xüsusilə də donuzlara keçməsi və oradan insana yoluxması qeydə alınıb. Virus zoonoz mənşəlidir, yəni heyvanlardan insanlara ötürülür. Eyni zamanda bu onu göstərir ki, virus zamanla yayılma xüsusiyyəti qazanır”.

Professor qeyd edib ki, virusun quruluşu dəyişkən olduğu üçün mutasiyaya uğrama riski yüksəkdir:

"Virus mutasiyaya uğradıqca yeni xüsusiyyətlər qazanır və bu da onun yayılma potensialını artırır. Bu gün donuz fermalarında və təbii rezervuar olan yarasalardan insana keçməsi artıq ciddi təhlükə yaradır”.

Adil Qeybulla bildirib ki, virusun hava-damcı yolu ilə yayılması ən böyük risk olardı:

"Hələlik bu cür yayılma təsdiqlənməyib. Lakin gələcəkdə belə risk istisna edilmir. Hazırda yoluxma əsasən yaxın kontakt, yoluxmuş heyvanların ifrazatları, onların məhsulları – ət, süd və yarasaların qidalandığı meyvələr vasitəsilə baş verir”.

Ekspertin sözlərinə görə, xəstəlik ilkin mərhələdə boğaz ağrısı və iltihabla başlayır:

"Bəzi hallarda xəstəlik simptomsuz keçir. Lakin sonradan ağır respirator infeksiyaya, xüsusilə də ensefalitə gətirib çıxara, xəstənin komaya düşməsi və ölüm halları ilə nəticələnə bilər. Ona görə də gigiyenik tədbirlər gücləndirilməli, yoluxma qeydə alınan ərazilərdə karantin tətbiq edilməli, giriş-çıxış ciddi nəzarətə götürülməlidir. Qloballaşan dünyada ÜST-ün tövsiyələrinə uyğun olaraq bütün ölkələrdə epidemioloji nəzarət gücləndirilməlidir ki, infeksiya yayılmasın və digər ölkələrə keçməsin”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO