Kəndlərimiz artilleriya atəşinə tutuldu - Yaralılar var

SOSİAL
11:30 03.04.2016
2895
Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb.
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.
Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Saleh oğlu yaralanıb.
Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan APA-ya yaralıların daxil olması faktı təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR