Kifayət Qasımova: ...axmağın, şorgözün biridir - MÜSAHİBƏ
İDMAN
14:20 30.12.2011
7339
Azərbaycan cüdo yığmasının üzvü Kifayət Qasımovanın (57 kq) apasport.az saytına müsahibəsi- Futbolla aranız necədir? - Mən “Qalatasaray”ın azarkeşiyəm. Özümdən asılı olmayaraq, bu komandaya rəğbət bəsləyirəm.- Bəs yerli klublarımıza? - Düzünü desəm, yox. Azərbaycan klublarına niyə azarkeşlik etməliyəm ki?- Siz əslən qarabağlısınız. Bu mənada, “Qarabağ”ı dəstəkləməyiniz normal haldır... - Guya, “Qarabağ”da qarabağlı oynayır... Yalnız komandanın adı elədir. - Düzdür, böyük əksəriyyət gəlmədir. Amma heyətdə məhz bu məkanın təmsilçiləri də var... - Kimdir? Rəşad? - Tək Rəşad yox. Rauf Əliyev, Vüqar Nadirov da məhz qarabağlıdırlar... - Yalnız Rəşadı bilirdim. Digərlərindən xəbərim yox idi. Sağ olun ki, dediniz. Amma daxili çempionata marağım yoxdur. Beynəlxalq arenada olsa, Rəşadgilin oyununa axıradək baxaram. Bir dəfə baxdım, çox maraqlı idi.- Hansı oyuna? - Həmin qarşılaşma Respublika stadionunda keçirilirdi. Ruslarla oynayırdılar, qırğın da düşmüşdü. Görüş heç-heçə nəticələndi. Belə görüşlər ya tez-tez olmur, ya da mən vaxt tapa bilmirəm. - Bəs sizi Azərbaycan - Rusiya görüşünə hansı qüvvə aparmışdı? - Qızlar dedilər ki, gəlim, futbola gedək. Vaxtım olduğu üçün etiraz etmədim. - Azərbaycanlı futbolçulardan kimi tanıyırsınız? - Təkcə Rəşadı. 1-2 nəfər də var, amma adlarını bilmirəm.- Harada oynadıqlarını da bilmirsiniz? - Xeyr.- Futbolçu çox qazana bilər, yoxsa cüdoçu? - (gülür) Əlbəttə ki, futbolçu.- Azərbaycanın futbolda ciddi uğuru yoxdur. Amma siz Avropa və dünya çempionatının mükafatçısısınız. Bəs maddi məsələdə tərs mütənasiblik nə ilə bağlıdır? - Gəlin, zarafatı qoyaq kənara. Tək mən yox, bütün idmançılar təlim-məşq toplanışlarında, yarışlar zamanı deyirik ki, bu qədər əziyyət çəkirik. Amma elə futbolçu var ki, ilboyu ehtiyatda oturur, təsadüfən oynayır, ayda-ildə bir dəfə meydana çıxsa da, bizdən 10 qat çox qazanır. Elə şeylər bizə təsir edir. Amma nə edəsən? Ümumiyyətlə, cüdo çox çətin idman növdür. Eyni zamanda, boks və güləş də çox əziyyətlidir. Görürsən ki, qat-qat zəif idman növləri ilə məşğul olanların qazancları bizdən artıqdır. - Hansısa futbolçunu gələcək həyat yoldaşınız kimi görmək istəyərsiniz? - (gülür). Nə bilim, qismətdir. Düzü, mən belə şeylərə konkret “hə” və ya “yox” deyə bilmərəm. - Yaxşı, sualı dəyişək. Siz bu peşənin sahibinə üstünlük verərsinizmi? - Yox. Futbolçu ilə evlənmərəm. - Niyə? - Çox tanınmış futbolçu istəmirəm. Çünki qızlar onunla çox maraqlanacaqlar. - Beynəlxalq yarışlarda olursunuz. Sizə də əks cinsin nümayəndələri maraq göstərə bilərlər. Bu, peşəkar idmançı üçün normal hal deyil? - Düzdür. Oğlanların çox vaxt tanışları olur. Onlara etibar yoxdur. Söhbət təkcə futbolçudan getmir, ümumən deyirəm. Amma hər məsələdə olduğu kimi, burada da insanın özündən çox şey asılıdır. Eləsi var ki, tanınmış deyil, amma axmağın, şorgözün biridir. İstəyirsən, bütün dünya tanısın, abır-həya olduqdan sonra həmin adam öz hərəkətlərinə hədd qoyur, çevrəsinə əl gəzdirir. - Özünüz necə, heç meydançaya çıxıb futbol oynamısınız? - Təlim-məşq zamanı tez-tez oynayırıq. Futbol elə idman növlərindəndir ki, adamda müsbət enerji yaradır. Düzdür, çox vaxt basketbola üstünlük veririk. Çünki cüdoçuya əlin daha çox tutarlı olması vacibdir. Lakin futbol oynamırıq da deyə bilmərəm. - Heç qol vurmusunuz? - Əlbəttə vurmuşam. Futbol oynamağı bacarıram. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mən oğlanların çoxundan yaxşı oynayıram.- Bəlkə xanım olduğunuzu nəzərə alıb, qol vurmağınıza şərait yaradıblar? - Qətiyyən! Özüm vurmuşam. Hətta mənə deyirlər ki, sən qadınlardan ibarət komandada oynasan, çox xeyir vermiş olarsan. Ümumiyyətlə, yaxşı oynayıram.- Bəlkə bu yaşdan sonra sənətinizi dəyişmək fikrinə düşmüsünüz? - Fiziki cəhətdən məndə heç bir problem yoxdur. Yəni, nə qədər desən, qaçaram. Futbol oynaya bilərdim. Artıq gecdir. 5-6 il bundan öncə bunu həyata keçirə bilərdim. Futbolçuları görürəm də... Onların çoxundan yaxşı oynayıram. Lakin indi bu arzumu kənara qoymalıyam. Çünki London Yay Olimpiya Oyunlarından sonra istirahət etmək istəyirəm.- İstirahət məsələsini qabartdınız. Belə çıxır ki, London olimpiadası sizin üçün sonuncudur... - Yəqin ki. Düzü, qadınlara yaraşdırmıram ki, 30 yaşdan sonra idmanla məşğul olsunlar. - Heç olubmu ki, cüdoçu keyfiyyətlərinizdən zaldan kənarda istifadə edəsiniz?