"Kim milyoner olmak ister"də "Qurani-Kərim"lə bağlı 300 minlik sual - FOTO

MARAQLI
16:16 12.03.2024
489
Türkiyənin "Atv” telekanalında yayımlanan "Kim milyoner olmak ister” proqramında verilən 300 min TL-lik sual sosial mediada trend mövzusu olub. 

AZXEBER.COM xəbər verir ki, Kənan İmirzalıoğlunun təqdimatında "Kim milyoner olmak ister” yarışması ötən gün yeni bölümü ilə yayımlanıb.

"Qurani-Kərim”də Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?” ayəsinin 31 dəfə qeyd olunduğu surə hansıdır?

A) Fatihə surəsi
B) İxlas surəsi
C) Rəhman surəsi
D) Bəqərə surəsi

Müsabiqə iştirakçısı bu suala D variantını, "Bəqərə surəsi"ni deyərək səhv cavab verib. Bu sualın düzgün cavabı C variantı, "Rəhman surəsi” olub. Verilişin aparıcısı Kənan İmirzalıoğlu sualın cavabını ətraflı izah edərək yarışma iştirakçısını məlumatlandırıb.

Ayşən
 

 


 
 
 
 

OXŞAR XƏBƏRLƏR