"Kinoteatrları açmaq lazımdır" - Deputat çağırış etdi

"Kinoteatrları açmaq lazımdır" - Deputat çağırış etdi
ÖZƏL
11:30 18.08.2021
989
Uzun müddətdir davam edən koronavirus pandemiyası əksər sahələrə öz mənfi təsirini göstərməyə davam edir. 

Bu sahələrdən bəziləri indi yenidən dirçəlməyə başlayır. Amma pandemiya səbəbindən hələ də əziyyət çəkən sahələr qalmaqdadır.

Bunlardan biri da film sektorudur. Dövlət bu sektora mütəmadi olaraq öz dəstəyini göstərir. Amma pandemiya səbəbindən uzun müddətdir kinoteatrların da bağlı qalması film sekorunun məhvinə aparır. Bəs görəsən, toylara, restoranlara, ticarət mərkəzlərinin fəliyyətinə icazə verildiyi halda kinoteatrlar niyə açılmır? 

Məsələ ilə bağlı AZXEBER.COM-a deputat, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Fazil Mustafa fikirlərini bildirib.

Deputat qeyd edib ki, kinoteatrların uzun müddət bağlı qalması bu sahəyə həqiqətən də xeyli ziyan vurur:

"Bildiyimiz kimi, bu pandemiya səbəbindən sosial məsafə gözlənilməlidir. Bəzi sahələr açılsa da, bu qayda qoyuldu. Məsələn toyların da keçirilməsinə icazə veriləndə sosial məsafənin gözlənilməsi tələb olundu. Kinoteatrlar da qapalı məkanda uzun müddət oturulan bir yer olduğu üçün yəqin ki, bu səbəbdən bunların açılmasına hələ də icazə verilmir. Amma, məncə kinoteartların açılmasına icazə verilməlidir. Uzun müddət bağlı qalması bu sahəyə həqiqətən də xeyli ziyan vurur. 

Amma məsələ burasındadır ki, insanlar da son dövrlər buna maraq göstərmir. İnternet dövrü olduğu üçün kino zallara tələbat azdır. Konkret olaraq bir-iki kinoteatrdan söhbət gedə bilər ki, onlara gedənlər çox olur, amma ümumi tələbat azalıb”.

Fazil Mustafa kinotearların toylardan təhlükəli olmadığını deyib:

"Hər halda buna yenidən baxmaq lazımdır, açığı bu vaxta qədər bağlı qalmasının nə ilə əsaslandırılmasını bilmək lazımdır. Yəni ciddi təhlükə yoxdursa, kinoteatrları açmaq lazımdır. İcazə verilməlidir. Hər halda kinoteatrlar toydan təhlükəli deyil”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım