Azərbaycan rəqəmsal yarışa girir: məktəblər buna hazırdırmı?

Azərbaycan rəqəmsal yarışa girir: məktəblər buna hazırdırmı?
SOSİAL
16:30 12.02.2026
1520
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ölkədə rəqəmsal inkişafın sürətləndirilməsi üçün kadr hazırlığının prioritet istiqamətlərdən biri olduğunu bildirib. Dövlət başçısı "Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd edib ki, bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün təhsil sistemində ciddi addımlar atılmalı, ali məktəblərdə və xaricdə təhsil alan tələbələr üzrə ixtisaslaşma gücləndirilməlidir.

Təhsil eksperti Elçin Süleymanov AZXEBER.COM-a açıqlamasında deyib ki, rəqəmsal inkişaf Azərbaycanda son illərdə ən çox diqqət yetirilən sahələrdən biridir:

"Rəqəmsal inkişaf Azərbaycanda son illərdə ən çox diqqət yetirilən sahələrdən biridir. Çünki bu gün dünyada innovasiyalar və rəqəmsallaşma səviyyəsi ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biridir. Dünya İqtisadi Forumunun "Gələcəyin Peşələri” hesabatına görə, qarşıdakı 5 il ərzində mövcud peşələrin ən azı 30 faizi aktuallığını itirəcək. Onların yerini isə daha çox rəqəmsallaşma, böyük verilənlərin idarə olunması, kibertəhlükəsizlik, süni intellekt və innovativ iqtisadi inkişafla bağlı yeni ixtisaslar tutacaq”.

E.Süleymanov qeyd edib ki, həmin ixtisasları mənimsəmək üçün müxtəlif bacarıqlar da vacibdir:

"Həmin ixtisasları mənimsəmək üçün müxtəlif bacarıqlar da vacibdir. Bunlara analitik düşüncə, komandada işləmək, süni intellektlə düzgün ünsiyyət qurmaq, doğru sual vermək bacarığı daxildir. Süni intellekt, biotexnologiya və data analitikası kimi sahələr xüsusilə ön plana çıxır. Azərbaycanda internet infrastrukturu kifayət qədər inkişaf edib. Sürətli internetin ölkə ərazisində geniş yayılması və rəqəmsal texnologiyalardan istifadənin artması bizi dünyanın qabaqcıl ölkələri sırasına yaxınlaşdırır”.

Ekspert deyib ki, süni intellekt müəyyən risklər də yaradır:

"Lakin bu inkişafla yanaşı, süni intellektin, elektron ödənişlərin və elektron hökumət sistemlərinin genişlənməsi müəyyən risklər də yaradır. Burada əsas təhlükə kibertəhlükəsizlik sahəsindədir. İstər maliyyə sektorunda, istərsə də dövlət idarəçiliyində bu risklər hər zaman mövcuddur. Dövlət idarəetmə sisteminin rəqəmsallaşması, vahid elektron hökumət platformasında bütün xidmətlərin innovativ texnologiyalar və süni intellekt alətləri vasitəsilə göstərilməsi resurslara qənaət, çeviklik, sürət və obyektivlik yaradır. Eyni zamanda, bu sistemlərin xarici müdaxilələrdən qorunması üçün kibertəhlükəsizlik mütəxəssislərinə böyük ehtiyac var”.

Təhsil eksperti vurğulayıb ki, müəyyən bacarıqlara sahiblənmək orta məktəbdən başlayır:

"Bundan başqa, enerjinin innovativ texnologiyalarla istehsalı və paylanması, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, innovativ kənd təsərrüfatı, məhsulların emalı və satışı, elektron ticarət platformalarından istifadə, logistika sistemlərinin rəqəmsal alətlərlə optimallaşdırılması-bütün bunlar rəqəmsallaşma ilə mümkündür. Bu bacarıqların əsası isə orta məktəbdə formalaşır. Şagirdlər informasiya texnologiyaları ilə nə qədər erkən tanış olsalar, bir o qədər məqsədyönlü, sistemli və faydalı şəkildə rəqəmsal mühitdə iştirak edə bilərlər. Daha sonra ali təhsildə bu bilikləri inkişaf etdirərək həm ölkəyə, həm də dünyaya fayda verə bilərlər. Bu bacarıqlar məzunu qlobal kadr səviyyəsinə yüksəldir. O, dünyanın istənilən ölkəsində, istənilən şirkətdə işləyə bilər. Uzaqdan əməkdaşlıq edərək həm özünə, həm də ölkəsinə gəlir qazandıra bilər. Startap fəaliyyətində ideyanı biznesə çevirmək və onu sürətlə inkişaf etdirmək də məhz rəqəmsal alətlərin köməyi ilə mümkündür”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
21:27 06.11.2026
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
19:36 06.11.2026
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır