"Kişilər daim seksin həsrətini çəkir, qadınlar isə bunu arzu edirlər"

"Kişilər daim seksin həsrətini çəkir, qadınlar isə bunu arzu edirlər"
MARAQLI
22:14 02.11.2011
2402

Kişi ilə qadını ayıran 40 fərqi təqdim edirik.

1) Fərq elə beşikdən başlanır. Klinik məlumatlara müvafiq olaraq bu zaman oğlanlar yerlərində fırlanır, qızlar isə ətrafdakılara diqqətlə nəzər salırlar. Biz xanımlar elə doğulandan ağıllı oluruq ))

2) Kişi beyni qadın beynindən 200 qram ağırdır. 3) Qızlar daha tez dil açır. 4) İybilmə duyğusu qadınlarda 20 faiz yaxşı olsa da, ətir yaradıcılarının 80 faizi kişidir. 5) Psixi tənəzüllər qadınlarda iki dəfə tez baş verir. 6) Qadınlarda musiqi qabiliyyəti daha yaxşıdır. Bu mənada 6 qadına 1 kişi düşür. 7) 15-24 yaşlı oğlanlar qızlara nisbətən 6 dəfə çox uğursuzluqla rastlaşır, üç dəfə artıq yol hadisəsi törədir və tez-tez intihar edirlər. 8) Kişilərin 48 faizi, qadınlarınsa yalnız 22 faizi xoruldayır. 9) Kişilər adətən öz tələblərini birbaşa irəli sürür, qadınlarsa «mıs-mıs» edirlər 10) Uşaq oyuncaqları istehsalçılarının fikrincə, oğlanlarda yaradıcılıq qabiliyyəti daha aydın ifadə olunub.11) Qadınlar kişilərdən üç dəfə çox telefonla danışır, buna gündə 20 dəqiqə vaxt sərf edirlər. Kişilərdə bu müddət 6 dəqiqədən çox deyil. 12) Kişilərdə ağ ciyərin məhsuldarlığı 20 faiz, ürəyinki isə 15 faiz çoxdur. 13) Miqrenlərin dörddə üç hissəsi qadınların payına düşür. 14) Qadınlar kişilərdən çox yaşasalar da, onların qocalma prosesi tez baş verir və nəzərə çarpır. 15) Qadınlar spirtli içkinin təsirinə iki dəfə artıq həssasdır. 16) Solaxaylıq oğlanlar arasında daha çoxdur (beynin sağ yarımkürəsinin üstünlüyü). 17) Tərəf-müqabilinin zahiri görkəmi kişilərin 22 faizi, qadınlarınsa 11 faizi üçün hakim rol oynayır. 18) Yerlərini qeyri-ixtiyari olaraq bulaşdıran uşaqların 90 faizi oğlanlardır. 19) Kişilər riyaziyyata daha çox meyl göstərir. 12 görkəmli riyaziyyatçıya yalnız bir qadın düşür. 20) Qadınlar şirniyyatı, kişilərsə turşunu çox sevirlər. 21) Dərketmə hissində kəskin fərqlər: toxunmaya az həssas olan qadınlar ən həssas kişini geridə qoyur. 22) Qadınlar xarici dilləri daha tez mənimsəyir. 23) İsveçrəli dilçi Edit Slembekin tədqiqatlarına görə, qadınlar kişilərdən iki dəfə çox felin lazım formasından istifadə edir, beş dəfə çox «ola bilsin» və «bir neçə» sözlərini işlədir, üç dəfə çox sual verir, tez-tez üzr istəyirlər. 24) Oğlanlar öz amansızlıqları ilə qızlardan 15 dəfə artıq fərqlənirlər. 25) Kişilər tez və qətiyyətli, qadınlarsa uzun-uzadı düşüncələrdən və yaxın adamlarla məsləhətlərdən sonra qərar qəbul edir. 26) Kişilər psixatriya müalicəxanalarına iki dəfə artıq düşürrlər. 27) Siqaret çəkən kişilər qadınlardan 30 dəfə çoxdur. 28) Oğlanlara qızlardan çox yuxu lazımdır. Lakin bu tənasüb 6 yaşında dəyişir. Yaşlı qadınlara isə orta hesabla bir saat çox yuxu lazımdır. 29) Debore Tannenin fikrincə, qadınların kişilərlə söhbəti zamanı «bəli, bəli» demələri, onların kişiləri dinləməsi deməkdir. Kişi isə belə hesab edir ki, qadın onun sözlərini təqdir edir. 30) 68 faiz kişi, 20 faiz qadın ononizmlə məşğul olur. 31) Hər iki cins bərabər dərəcədə güzgüyə baxmağı xoşlayır: kişilər öz bədənlərindən, qadınlarsa paltarlarından həzz alır. 32) Kişilər çox zaman qırmızı rəngi, qadınlar isə mavi rəngi seçirlər. 33) Qadınların 60 faizi, kişilərin 40 faizi yuxusuzluqdan əziyyət çəkir. 34) Kişilərin seksual təxəyülləri bədən və onun ayrı-ayrı hissələri ətrafında fırlanır. Qadınlar isə bütün «ssenarini» təsəvvür edirlər. 35) Qadınlar stressləri kişilərdən yaxşı keçirirlər. Çünki onlarda adrenalin daha az ayrılır və təzyiq belə kəskin qalxmır. 36) Qadınlar ağrılara daha həssasdırlar, lakin kişilərdən dözümlüdürlər. 37) Kişilər həyatı çətinliklərin öhdəsindən asan gəlir və çox zaman işdə, siyasətdə, idmanda təskinlik tapırlar. 38) Mühakimə olunmuş 10 nəfərdən 9-u kişidir. 39) Qadınlar tez-tez gülümsəyir və söhbət əsnasında həmsöhbətin dik gözlərinə baxırlar, kişilər isə əksinə, baxışlarını yayındırırlar.

40) İctimaiyyətin təsiri altında kişi və qadınların seksual davranışının müxtəlif modelləri yaranıb. Fransız seksoloqu Nadin Qrafeqleyə görə, kişilər daim bunun həsrətini çəkir, qadınlar isə arzu edirlər. 

/// azadqadin.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:39 10.05.2025
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
16:18 10.05.2025
Prezident Kəngərlidə yeni inşa edilmiş fərdi evlərin şəraiti ilə tanış olub
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
15:48 10.05.2025
Çin və ABŞ İsveçrədə ticarət danışıqları aparır
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
15:37 10.05.2025
Prezident Kəngərlidə yerli icra strukturları üçün inşa edilmiş inzibati bina ilə tanış olub
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
15:16 10.05.2025
Beyləqanda körpənin ölüm səbəbi məlum oldu
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
14:54 10.05.2025
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
14:39 10.05.2025
Rusiyada spirtli içkilərin pərakəndə satışı azalıb
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
14:23 10.05.2025
Almaniya XİN başçısı Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyünü bəyan edib
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
13:59 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTOLAR
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
13:47 10.05.2025
“Azərbaycan ərazisinin toxunulmazlığı Konstitusiyamızın başlıca prinsipidir”
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
13:34 10.05.2025
Sulu qar yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
13:09 10.05.2025
Kazemiro karyerasını "Mançester Yunayted"də bitirmək niyyətindədir
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
12:49 10.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
12:30 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
12:17 10.05.2025
XİN başçısı: AZAL-ın təyyarəsinin qəzaya uğramasına dair Rusiya ilə təmaslar davam edir
Sabah 31 dərəcə isti olacaq
12:05 10.05.2025
Sabah 31 dərəcə isti olacaq