Kişilər dünyanın sonuncu gününü bu qadınla keçirmək istəyir – FOTOLAR

MAQAZİN
00:01 28.12.2012
5418

Qadınlar dünyanın sonuncu gününü George Clooney ilə kişilər isə Jennifer Anistonla keçirmək istəyir.

AZXEBER.COM-un məlumatına görə, bu “Blinkbox” jurnalının 2 min insan arasında keçirdiyi sorğunun nəticəsidir.

“Dünyanın sonuncu gününü kiminlə keçirmək istərdiniz?” sualına qadınların əksəriyyəti George Clooneyi seçib. İkinci sıranı bütün dünyada böyük izləyici kütləsinə sahib olan “James Bond” filminin baş qəhrəmanı Daniel Craig tutub. Brad Pitt isə bu siyahını 3-cü yerdə tamamlayıb.

Kişilər arasında keçirilən sorğuda isə birinci yeri Jennifer Aniston, ikinci yeri Scarlett Johansson, üçüncü yeri isə Penelope Cruz tutub.

AZXEBER.COM portalı həmin siyahını təqdim edir.

Kişilər 1- George Clooney 2- Daniel Craig 3- Brad Pitt 4- Ryan Gosling 5- Robert Pattinson Qadınlar 1- Jennifer Aniston 2- Scarlett Johansson 3- Penelope Cruz 4- Jessica Alba 5- Christina Hendricks

OXŞAR XƏBƏRLƏR