Xalq artisti Könül Xasıyevaya ağır itki üz verib.
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, xanəndənin anası bu gün səhərə yaxın vəfat edib.
"Ən çətin günlərimdə belə bu qədər çarəsiz olmamışdım", - Xasıyeva bildirib.
Hazırda Şəkidə olan ifaçı yas mərasiminin orada olacağını deyib.
Qeyd edək ki, K.Xasıyevanın anası uzun müddətdir ağır xəstə idi. Son günlər isə o, yaddaşını itirmişdi.